Deni Mukveqe

Deni Mukveqe
fr. Denis Mukwege
Mukveqe 2014-cü ildə
Mukveqe 2014-cü ildə
Doğum tarixi 1 mart 1955(1955-03-01)[1][2][…] (69 yaş)
Doğum yeri
Vətəndaşlığı Konqo Demokratik Respublikası KDR
İxtisası tibb elmləri doktoru
Təhsili Brundi Universiteti
Anje Universiteti
Brüssel Dövlət Universiteti
Fəaliyyəti insan hüquqları fəalı, ginekoloq, akuşer[d], pastor[d]
Mükafatları Nobel mükafatı Nobel Sülh Mükafatı (2018)
"Fəxri Legion" ordeni (2009)
Saxarov mükafatı
Doğru Yaşam mükafatı
Üzvlüyü
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Deni Mukveqe (fr. Denis Mukengere Mukwege;[4])[5][6] 1 mart 1955[1][2][…], Bukavu, Belçika Konqosu[3]) — Konqolu ginekoloq və Əllincilər (ing. Pentecostalism) pastoru, silahlı üsyançılar tərəfindən təcavüzə uğramış qadınları Bukavuda müalicə etdiyi Panzi Xəstəxanasının qurucusu.[7]

2018-ci ildə Mukveqe və İraqlı hüquq müdafiəçisi Nadiya Murad "cinsi zorakılığın müharibə və silahlı qarşıdurma silahı olaraq istifadəsinə son qoyulması istiqamətindəki səylərinə görə" Nobel sülh mükafatına layiq görülüblər.[8]

Deninin Konqo münaqişəsi qurbanları üçün ədalət tələb etməsinə davam etməsi, həyatına və Panzi xəstəxanasına qarşı təhdid almasına səbəb oldu. Bu ölüm təhdidlərini əsasən Deninin öz ölkəsi,Ruanda və Uqanda da daxil olmaqla bu ölkələrdəki sosial media platformalarından alırdı. Bildirildiyinə görə, təhdidlər Deninin BMT-nin on illik hesabatında adı hallanan cinayətkarların beynəlxalq məhkəməyə çıxarılması üçün artan çağırışlarından sonra ortaya çıxdı.[9] 2012-ci ildə Mukveqenin həyatına edilən sui-qəsd cəhdi, nəticədə onun və ailəsinin təhlükəsizliyi ilə əlaqədar olaraq ölkəni tərk etməsi ilə nəticələndi.

Mukvege, İkinci Konqo müharibəsindən bəri təcavüz qurbanı olan minlərlə qadını 17 saatlıq iş günləri ilə gündə on əməliyyata girirdi.[7][10] The Globe and Mail in nəşrinə görə, Mukveqe "çox güman ki, təcavüz xəsarətlərinin bərpası üzrə dünyanın aparıcı mütəxəssisi" dir.[11] 2013-cü ildə "Müharibə dövründə cinsi zorakılıqdan sağ çıxan qadınları sağaltmaqda və bunun səbəbləri haqqında danışmaqda göstərdiyi cəsarətli əməyinə görə" Doğru Yaşam mükafatına layiq görülmüşdür.[12] Doktor Mukveqe,hə ölkə daxilində, həm də beynəlxalq səviyyədə Konqo Demokratik Respublikasında cinsi şiddətin geniş yayılmış müharibə silahı olaraq istifadəsinə beynəlxalq ictimaiyyətin diqqətini çəkmək və günahkarların ədalətə cəlb edilməsini tələb etməsi, insan haqları və cinsiyyət mövzusunda tanınmış bir fəal olması ilə nəticələndi.[10]

  1. 1 2 Hollar S. Denis Mukwege // Encyclopædia Britannica (ing.).
  2. 1 2 Denis Mukwege // Brockhauz Ensiklopediyası (alm.).
  3. 1 2 Deutsche Nationalbibliothek Record #1046715771 // Ümumi tənzimləmə nəzarəti (GND) (alm.). 2012—2016.
  4. "English pronunciation of Denis Mukwege", You tube, 29 October 2014, 11 August 2020 tarixində arxivləşdirilib, İstifadə tarixi: 17 September 2021.
  5. Sitat səhvi: Yanlış <ref> teqi; eu141021 adlı istinad üçün mətn göstərilməyib
  6. Sitat səhvi: Yanlış <ref> teqi; fondationchirac131010 adlı istinad üçün mətn göstərilməyib
  7. 1 2 "Doctor and Advocate: One Surgeon's Global Fight for the Rights of Rape Survivors". Pacific Standard. 19 March 2018 tarixində arxivləşdirilib. İstifadə tarixi: 19 March 2018.
  8. "Announcement" (PDF). The Nobel Peace Prize. 2018-10-05 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2021-09-17.
  9. "Two Years Ago He Won the Nobel Peace Prize. Now, He's Under Threat for Standing Up for Victims of Sexual Violence". Time. 19 June 2022 tarixində arxivləşdirilib. İstifadə tarixi: 7 October 2020.
  10. 1 2 "Dr. Denis Mukwege". Dr. Denis Mukwege Foundation (ingilis). 19 April 2022 tarixində arxivləşdirilib. İstifadə tarixi: 12 December 2020.
  11. Nolen, Stephanie. "Where repairing rape damage is an expertise" Arxivləşdirilib 2020-09-14 at the Wayback Machine, The Globe and Mail, 22 October 2008.
  12. "Denis Mukwege". The Right Livelihood Award (ingilis). 22 May 2017 tarixində arxivləşdirilib. İstifadə tarixi: 7 January 2020.

From Wikipedia, the free encyclopedia · View on Wikipedia

Developed by Tubidy